Amerikanın Səsinin Xüsusi Reportajı

Solan qəsəbələr

ABŞ tarixi urbanizasiya tarixidir. İlk əvvəl Amerikada əhalinin çox cüzi kəsimi şəhərlərdə yaşayırdı. Bir əsr öncə bu rəqəm 50 faizə çatdı. İndi isə amerikalıların 80 faizi şəhərlərdə məskunlaşıb. Lakin kənd yerlərinin, ucqar qəsəbələrin ideallaşdırılmış imici hələ də populyar təsəvvürlərdə yaşayır.

MƏTN:

Həyat keçdikcə, insanların keçmisə həsrəti daha da artır

Burada artıq çox sayda yaşlılar var. Gənc insanlar çox deyil. Hamısı gedib. Onların burada edəcəyi heç nə yoxdur.

Mən 9 yaşımdan bəri bu şəhərdə yaşayıram.

Bir zamanlar kiçik şəhərlər həyatdolu idi

60 və 70-ci illərdə burada paltar, ayaqqabı və avadanlıq mağazaları, Coast to Coast mağazası, bərbərxanalar və restoranlar var idi.  Elə bir təəsürat yaranırdı ki, sanki Çikaqoda gəzirdin.

Mount Karroll-da fabriklər, ordu anbarı, orta məktəb və kollec var idi

Mən balaca oğlan olanda buraya gəlirdim. Valideyinlərim saçımı kəsdirmək üçün məni buradakı bərbərxanaya gətirirdi. İçəridə 10-13 nəfər oturub gün içində baş verənlər barədə söhbət edib, saçlarını kəsdirmək üçün öz növbələrini gözləyirdilər.

Son on illərdə kollec, məktəb və ordu anbarı bu şəhərdən köçürülüb

Bu gün artıq mağazalar bağlanıb, insanlar isə şəhəri tərk edib.

1970-ci ildən bəri Mount Karrollun əhalisi yarıbayarı azalıb

Mən bütün mağazaların bağlandığına, binalar boş qaldığına görə çox kədərlənirəm. Bura artıq sanki ruhlar şəhəridir.

Kiçik şəhərlərin yenidən canlanacağına dair ümidlər realistik olmasa da, bəziləri hələ də bü umidlə yaşayır

Mən hələ də kiçik şəhərləri sevirəm. Mən ölənədək burada qalacağam.

—Roger Brashaw, təqaüdə çıxmış fabrik işçisi

Mount Carroll, Illinois