Donald Trampın hakimiyyəti ağdərililərin məskunlaşdığı kənd yerlərində güclü dəstəyə malikdir. Burada bir çoxları keçmiş administrasiyaların diqqəti daha çox sahillərdə qərar tutan urban elitalara yetirdiyini hesab edir. Amerikanın Səsinin müxbirləri bu günlərdə şimali Mississippi çayı boyunca ucqar bölgələrə səyahət ediblər. Bu regionlar dəstəklərini Demokrat Barak Obamadan Respublikaçı Donald Trampa dəyişən regionlardır. Amerikanın Səsi burada fermerlər, dülgərlər, fabrik işçiləri və pensionerlərlə söhbət edib. Buradakı əsasən ağdərili, xristian orta sinif mənsubları dəyişikliyə ümid bəsləyirlər. Bunlar onların hekayələridir.
Amerikanın Səsinin müxbirləri fevral və mart aylarını Mississippi çayı boyunca yerləşən Minnesota, Viskonsin, İllinois və Ayova ştatlarında keçiriblər. Onlar 2016-cı ildə səslərini Demokratlardan Respublikaçılara dəyişən amerikalılarla söhbətləşiblər. Bizim müxbir heyətimiz özlərini Trampın “unudulmuş adamlar” kimi təsvir etdiyi zümrəyə aid edənlərlə danışıb.
Deepak Dopal kənd yerlərində işləməyin incəliklərindən danışır.