Mən uşaq olanda hər şey indikindən fərqli idi. Biz qonşuların evində gedib, beysbol, basketbol, futbol və başqa oyunlar oynaya bilərdik. Səhv anlaşılmaqdan da qorxmazdıq. Biz heç vaxt terrorizm haqqında danışmırdıq. O zamanlar bizim üçün belə bir anlayış yox idi.
Terror hadisələri çox az baş verirdi və cihad təhlükəsi bizə çox uzaq gəlirdi.
İndi isə bu təhlükə hər yerə yayılıb. Nə demək istədiyimi bilirsiz. İşid artıq Amerikadadır. Artıq kimin kim olduğunu bilmək olmur. Biz onların harda olduğunu təxmin edə bilmirik. Onlar hər an xəstəxanada və ya barda ortaya çıxa bilər. Floridada, Kaliforniyadada olduğu kimi. Bunu demək istəməzdim amma artıq vəziyyət bu cürdür. Hazırda məktəbimizdə, xəstəxanamızda bomba təhlükəsi altında yaşayırıq. Bu belə olmamalıdır.
Prezident Tramp bəzi ölkələrdən gələn mühacirlərin sayını azaltmaq istəyir.
Amerika dünyanın ən güclü dövlətidir və bu səbəbdən ölkəyə gələnlər xoş qarşılanmalıdır. Amma artıq “bir dəqiqə, nə baş verir?” deməyin vaxtıdır. Biz artıq bura pis niyyətlə gələn insanları müəyyən etməliyik. 20 və ya 30 il əvvəlki dövr ilə indiki dövr arasında böyük fərq var.
Ölkəyə kimin gəlib-getdiyi ilə bağlı biraz daha diqqətli olmaq lazımdır. Demək istədiyim odur ki, insanların çoxu məni, ailəmi və ya amerikalıları öldürmək üçün bura gəlmir. Amma istr turist kimi gəlsin, istərsə də başqa bəhanə ilə fərqi yoxdur, gələnlər arasında hamımıza pislik etməyən insanlar var. Məncə qanunda mütləq şəkildə qadağalar olmalı deyil, sadəcə artıq var olan qanunlar həyata keçirilməlidir.