İsrailin Qonşuları

Onilliklərlə davam edən İsrail-HƏMAS qarşıdurması militantların İsrail tarixində ən qanlı hücumu həyata keçirməsi və İsrailin buna cavab olaraq Qəzza zolağında HƏMAS hədəflərinə dağıdıcı bombardmanı ilə oktyabrın əvvəlindən təhlükəli mərhələyə qədəm qoyub. Qəzzada humanitar böhran ağırlaşdıqca və İordan çayının qərb sahilində iğtişaşlar artdıqca münaqişənin İsrail və Fələstin əraziləri ilə həmsərhəd olan dövlətlərə təsir təhlükəsi mövcuddur.

 

Misir

Misir və İsrail 1948-ci ildən 1967-ci il altı günlük müharibəyə qədər Qəzza zolağını işğal etmişdi. İsrail Qəzzanın nəzarəti ələ keçirərək Misirin Sinay yarımadasını işğal etmişdir. Misir və İsrail ortaq sərhədləri boyunca çoxsaylı müharibələr aparıb. 1973-cü il Yom Kippur müharibəsi sülh müqaviləsi ilə başa çatıbvə Misir İsraili rəsmi olaraq tanıyan ilk ərəb dövləti olub. İsrail daha sonra 1979-cu ildə Sinaydan çıxıb və vaxtdan bəri Misir İsrailin bölgədəki ən mühüm təhlükəsizlik tərəfdaşlarından biri olub.

Münasibətlər 2011-ci il Misir inqilabında uzunmüddətli prezident Hüsnü Mübarəkin devrilməsindən və Fələstinin HƏMAS silahlı qruplaşmasının ayrıldığı Müsəlman Qardaşlarının dəstəklədiyi hökumətin seçilməsii ilə sınaqdan keçirilib. 2013-cü ildə hərbi çevriliş nəticəsində “Müsəlman Qardaşlar” hərəkatı hakimiyyətdən uzaqlaşdırılsa da, Sinaydakı islamçı qiyamçılar hər iki ölkəni narahat etməkdə davam edir.

İsrail əsgəri İsrail-Misir sərhədində keşik çəkir. 18 iyun, 2012. (AP)

İsrailin Misirlə hazırkı sərhədi hündürlüyü 5-8 metr olan yüksək texnologiyalı tikanlı məftillə hasarlanıb və İsrailin Qırmızı dənizdəki liman şəhəri Eylatdan Qəzza zolağına qədər 245 kilometr uzanır.

 

İordaniya

İordaniya 1948-ci ildə İsrailə qarşı Ərəb-İsrail müharibəsində iştirak edib və daha sonra İordan çayının qərb sahilini və Şərqi Qüdsü işğal edib. İsrail 1967-ci il altı günlük müharibədən sonra əraziyə nəzarəti ələ keçirib. İordaniya 1988-ci ildə tamamilə ayrılmazdan və ərazi iddialarından imtina etməzdən əvvəl bəzi inzibati xidmətləri göstərməkdə davam edib.

Bu 13 noyabr, 2019 arxiv fotosunda İordan Vadisindəki Baquradan İsrail-İordaniya sərhədi görüntülənir. (AP)

Bu, 1967-ci il, 22 iyun arxiv fotosunda fələstinli qaçqınlar İordaniyanın İsrail tərəfindən zəbt olunmuş hissəsindəki dağıdılmış Allenby Körpüsündən keçirlər. 1967-ci ilin Altı-Günlük Müharibəsi zamanı İsrail Qərb Sahilini və Qəzza zolağını ələ keçirdikdən sonra 300,000 fələstinli əsasən İordaniyaya üz tutmuşdu. (AP)

1994-cü ildə sülh müqaviləsi imzalanandan bəri İordaniya və İsrail əsasən iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir və bütün həlledici sərhəd məsələlərini həll edib. Bu gün İsrailin İordaniya ilə 482 kilometrlik sərhədində üç keçidi var və İordan çayının qərb sahilinin həll olunmamış statusuna baxmayaraq, onun ən təhlükəsiz yeri hesab olunur.

 

Suriya

1949-cu il atəşkəsi Ərəb-İsrail müharibəsini başa vurduqdan sonra İsrail və Suriya arasındakı silahsızlaşdırılmış sərhəd zonası, xüsusən də Qaliley dənizi ətrafındakı su hüquqları ilə bağlı mübahisəli olaraq qalır. 1967-ci il altı günlük müharibə nəticəsində İsrail Colan təpələri kimi tanınan yaylada nəzarəti ələ keçirib və bir neçə druz icması istisna olmaqla, ərazidə yaşayan suriyalıların əksəriyyəti qovulub.

Bu gün İsrail BMT-nin 242 saylı qətnaməsinin “təhlükəsiz və tanınmış sərhədlər, təhdid və ya güc aktlarından azad olması” müddəasının şərhinə uyğun olaraq bunu etmək hüququnu iddia edərək, strateji əhəmiyyətli Colan təpələrini işğal etməkdə davam edir. BMT Təhlükəsizlik Şurası 1981-ci ildə bu ərazi iddialarını rədd edbi. Tramp administrasiyası dövründə Birləşmiş Ştatlar 2019-cu ildə İsrailin Colan təpələrini ilhaqını tanısa da, daha geniş beynəlxalq ictimaiyyət bu əraziyə Suriya ərazisi kimi baxmaqda davam edir.

Colan Yüksəkliklərinin sakinləri ABŞ-pın İsrailin həmin əraziyə iddiasını dəstəkləməsinə etiraz edərək Suriya prezidenti Bəşar əl-Əsədin portreti qarşısında Suriya və Druz bayraqları dalğalandırırlar. Mart, 2019. (AP)

Bölgədə Suriya vətəndaş müharibəsi nəticəsində qeyri-sabitlik və vaxtaşırı sərhədyanı atəşə məruz qalıb, bu müddət ərzində prezident Bəşar Əsəd İran və şiə Hizbullah qrupu tərəfindən sünni üsyançılarına qarşı vəhşicəsinə repressiyalarında dəstəklənib. Bu, Suriyanın dağılmasına və İranın üsyanı dəstəkləyən sünni qruplaşması olan HƏMAS-la ittifaqının dağılmasına səbəb olub, 2018-ci ildə əlaqələr əsasən bərpa olunub. İsrail vətəndaş müharibəsində rəsmi olaraq neytral qalsa da, ölkədə fəaliyyət göstərən İran və Hizbullah qüvvələrinə qarşı bir neçə zərbə endirib.

 

Livan

İsrailin Livanın müxtəlif dini və siyasi qrupları ilə mürəkkəb bir tarixi var. Livan 1948 və 1967-ci il müharibələrində yalnız kiçik bir rol oynayıb və 1973-cü il Yom Kippur müharibəsində iştirak etməyib. Lakin 1960-cı illərin sonunda fələstinli üsyançı qruplar Livanın cənubundan baza kimi istifadə etməyə, İsrail isə Livan ərazisinə cavab zərbələri endirməyə başlayıb və ölkədə fələstinlilərə qarşı qırğınlar törədən xristian militantlarla müttəfiq olub.

IBu 1982-ci il, 28 sentyabr arxiv fotosunda İsrail tanklarının Qərbi Beyrut küçələrində irəliləməsi görüntülənir. (AP)

İsrailin 1982-ci ildə Livanın cənubunu işğal etməsindən sonra şiə silahlı qruplaşma Hizbullah yaradılıb. Qruplaşma İsrail Müdafiə Qüvvələri və onun bölgədəki müttəfiq qüvvələrinə hücumlar edib. İsrail 2000-ci ildə BMT tərəfindən tanınan Mavi Xətt sərhədinə çəkilib, lakin Şebaa Təsərrüfatları kimi tanınan torpaq zolağına nəzarəti saxlayıb. İsrailin Suriyadan Qolan təpələrini ələ keçirməsi zamanı Livan işğal olunsa da, Livan Şebaa Təsərrüfatlarının həmişə Livanın ərazisi olduğunu iddia edir.

İsrailin Livan kəndi Kfar Çubanı bombalaması nəticəsində ərazidən tüstü qalxır. 14 oktyabr, 2023. Bombardman Livanın Suriyanın İsrail tərəfindən zəbt edilmiş Colan təpələri ilə həmsərhəd zonada İsrail əsgərləri ilə Hezbollah döyüşçüləri arasında toqquşma əsnasında baş verib. (AP)

Təsərrüfatlar üzərində davam edən mübahisə İran və Suriyanın dəstəyi sayəsində İsrailin nəhəng və yaxşı təchiz olunmuş düşməninə çevrilən Hizbullahın daha çox hücumları üçün bəhanə kimi istifadə olunur. 2006-cı il reydi İsrailin cavab işğalı və bombalama kampaniyasına səbəb olub və o vaxtdan bəri vaxtaşırı sərhədlərarası toqquşmalar baş verir. 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin Qəzza zolağı ilə cənub sərhədinə gözlənilməz hücumundan sonra Hizbullah Mavi Xətt üzərindən raketlər atıb İran rəsmi olaraq iştirakını inkar etsə də, bəzi məlumatlar HƏMAS hücumunun həm Hizbullah, həm də İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilmiş ola biləcəyini göstərir.

Gərginliklər artır

Hətta bu yaxınlardakı zorakılıqlardan öncə də həll olunmamış ərazi iddiaları və ağır hərbiləşdirilmiş zonalar üzündən İsrail və Fələstin əraziləri sərhədində gərginliklər yüksək olaraq qalıb. Birləşmiş Ştatlar regiondakı hərbi mövcudluğunu genişləndirdikcə, konfliktin daha geniş bölgəyə yayılması ilə bağlı narahatlıqlar mövcuddur.