Rusiyanın Ukrayna müharibəsi enerji sektorunu sarsıtsa da, bu, Moskvanın düşündüyü kimi olmadı

By Steve Baragona

February 21, 2023

Rusiyanın bir il öncə Ukraynanı işğal etməsi dünyanın enerji təchizatına əhəmiyyətli təsirə malik oldu.

Neft və qaz bazarlarında qiymətlərin artması və təchizatda müşahidə edilən kəsintilər dünyanın fossil yanacaqdan uzaqlaşma tempini sürətləndirdi. Ölkələr daxildə istehsal edilən bərpaolunan enerjiyə dəstəyi artırır, o cümlədən, neft və qaz idxalından çəkinməyə çalışırlar. Ekspertlərin fikrincə, uzunmüddətli perspektivdə Moskvanın müharibəsi onun ən gəlirli məhsullar bazarını kiçildəcək.

Müharibədən öncə

Rusiya dünyanın ikinci böyük qaz istehsalçısı və üçüncü böyük neft istehsalçısıdır. Müharibədən öncə Avropa əhəmiyyətli dərəcədə Rusiya enerjisindən asılı idi.

Qitə ehtiyac duyduğu neftin təxminən 25 faizini və qazın təxminən 40 faizini Rusiyadan alırdı.

Sanksiyalar

Ukraynanın işğalı Avropanı Rusiyaya qarşı enerji ixracı ilə bağlı ağrılı sanksiyaların qəbuluna sövq etdi. Nəticədə Rusiya qaz kəmərlərini sıxmağa məcbur oldu.

Avropa enerji təminatı ilə bağlı yaranan boşluğu doldurmaq yollarını axtarnağa başladı.

Bəzi ölkələrdə müşahidə edilən əsrlərin ən kəskin quraqlığı hidroenerjiyə təsir edərək, onsuz da çətin olan vəziyyəti daha da mürəkkəbləşdirdi. Əlavə olaraq, Fransanın nüvə enerji stansiyalarının təxminən yarısının fəaliyyəti təcili təmir üçün məhdudlaşdırılmış idi.

Avropa dilemma qarşısında idi. Qitənin istixana qazı emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq kimi iddialı hədəfləri mövcuddur. Belə durumda Rusiya qazını əvəz etmək üçün fossil yanacağa nə qədər arxalanmalı?

Operatorlar müəyyən müddət bağlı olan və ya bağlanılması planlaşdırılan kömürlə çalışan 26 enerji stansiyasını işə cəlb etdi.

Avropa mayeləşdirilmiş təbii qaz (LNG) idxal etmək üçün bir neçə sahənin fəaliyyəti üçün lazım olan tədbirlərin görülməsinə tələsdi. Daha çox sahənin açılması planlaşdırılır, bəziləri artıq inşaat prosesindədir. Növbəti bir neçə ildə mayeləşdirilmiş təbii qaz tutumu təxminən 50 faiz artacaq.

Emissiyalarda artım

İlin sonu Avropanın enerji sektorunun yaratdığı istixana qazı emissiyalarının həcmi 2021-ci il ilə müqayisədə 4 faiz artdı.

Bu yaxşı deyil. Amma daha pis ola bilərdi. Bərpaolunan enerjidə əhəmiyyətli artım emissiyaların daha çox olmasının qarşısını aldı.

Külək və günəş enerjisinin artımı

Külək və günəş enerjisinin həcmi 2.5 dəfə artıb. Kömür enerjisi də eyni templə artıb.

Günəş enerjisi istehsal edən qurğular Avropada rekord həcmdə artıb.

Tarixdə ilk dəfə Avropada günəş və külək enerjisi birlikdə kömürdən və qazdan daha çox enerji istehsal edib.

Müvəqqəti artım

Ekspertlər kömür enerjisinin artımının davam edəcəyini gözləmirlər. Beynəxalq Enerji Agentliyi 2024-cü ildən etibarən kömür istifadəsinin azalmasını proqnozlaşdırır.

Risk mövcuddur ki, yeni qurulmuş mayeləşdirilmiş təbii qaz infrastrukturu fossil yanacaqdan uzaqlaşma tempini yavaşladacaq. Amma Ukrayandakı böhran eyni zamanda qazdan uzaqlaşma tempini sürətləndirib.

Avropa modernləşir

Məsələn, rekord sayda ev sahibləri qazla çalışan istilik sistemlərini daha səmərəli elektrik isidicilərlə əvəz ediblər. Bu cür cihazların quraşdırılması Almaniyada 53 faiz, Polşada isə öncəki illə müqayisədə iki dəfə artıb.

Qlobal təsir

Rusiyanın Ukrayna işğalının təsirləri Avropadan daha geniş coğrafiyaya malikdir.

Müharibə qlobal neft və qaz qiymətlərini artırıb. Qiymətlər ən yuxarı rəqəmdən aşağı olsa da, yüksək qalmağa davam edir.

Rusiyanın müharibəsi və onun təsirləri enerji təhlükəsizliyi məsələsini bir çox ölkənin siyasi prioritetlərinə geri qaytarıb. Lakin daha öncəki enerji böhranları ilə müqayisədə artıq fossil yanacaq yeganə alternativ deyil. Külək və günəş enerjisi bir çox ölkədə kömür və qazdan daha ucuzdur. Əvvəlki illərlə müqayisədə daxildə istehsal edilən bərpaolunan enerji fossil yanacaqdan daha cəlbedici görünür.

Bu, dünyanın daha təmiz enerjiyə keçidini sürətləndirir.

Bərpaolunan enerji

Eyni zamanda Birləşmiş Ştatlar və Çində yeni təmiz enerji siyasətləri ön sıralara çıxmağa başladı.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarında 2022-2027 illərində bərpaolunan enerjini həcmi öncəki ilin proqnozları ilə müqayisədə 30 faiz yuxarı qalxıb. Hətta BP kimi enerji nəhəngi belə 2035 ili üçün bərpaolunan enerji həcmi proqnozunu 5 faiz artıraraq, kömür, təbii qaz və neft üçün proqnozu mavafiq olaraq 3, 6 və 5.5 faiz azaldıb.

Bunların heç biri Rusiya üçün yaxşı xəbər deyil.

Qısamüddətli qazanc

Qısamüddətli dövr üçün Moskva işğaldan qazanc əldə etmiş olacaq.

İlk növbədə, enerji qiymətlərində artım Rusiyanın nağd gəlirlərinin artımı deməkdir. Moskva 2022-ci ildə 2021-ci illə müqayisədə iki dəfə çox gəlir əldə edib.

Sanksiyalar Rusiyaya pul axınının qarşısının alınması məqsədi güdür. Əsas alıcıların Rusiya neftindən uzaqlaşması ilə bir barrelin dəyəri qlobal bazarda digər xam neft qiymətlərindən təxminən 30 dollar aşağıdır.

Lakin bəzi alıcılar aşağı qiymətdən faydalanırlar. Avropanın geri çəkilməsi ilə Hindistan Çindən sonra Rusiyanın ikinci ən böyük neft alıcısına çevrildi.

Gələcək

Rusiya öncəki illərlə müqayisədə daha az neft satmır. Amma bu satışdan əldə etdiyi gəlir daha azdır.

Uzunmüddətli perspektivdə, böhran Rusiyanın əsas alıcılarının idxal edilən fossil yanacaqdan asılığı azaltmaq haqda düşünməyə sövq edib. BP ▨ Avropa, ▨ Çin▨ Hindistanda gələcək onilliklərdə netf və qazın rolu ilə bağlı proqnozunu azaldıb.

Credits

Reporting / Analysis: Steve Baragona

Development: Dino Beslagic

Data: