Kamil Samara at his mosque near the University of Wisconsin campus in Milwaukee.

İmamın seçimi

MİLVOKİ DİN XADİMİNİN TÖVSİYƏSİ FBI TƏHQİQATINA NECƏ KÖMƏK ETDİ

Photos by Marco Monge for VOA

MİLVOKİ DİN XADİMİNİN TÖVSİYƏSİ FBI TƏHQİQATINA NECƏ KÖMƏK ETDİ

Məsud Fərivar | İllüstrasiyalar: Brian Williamson | Amerikanın Səsi

Aerial view of the Islamic Society of Milwaukee mosque and adjoining house. Comic book drawing.

2016-cı il yanvarın 24-də günorta vaxtı Kamil Samara heç vaxt yaddan çıxarmayacağı bir telefon zəngi aldı.

Samara working at his desk when the phone rings. Comic book drawing.

Samara Viskonsin universitetində doktorantura proqramı üzrə təhsilinin sonuncu ilini başa vururdu. O həm də universitet şəhərciyində müsəlman icmasına rəhbərlik edirdi.

Telefon zəngi müəyyən edilməmiş nömrədən gəlirdi. Adətinin əksinə olaraq, Samara dəstəyi götürdü.

İmam, mən aşağıda məsciddəyəm. Mən sizinlə çox mühüm və çox təcili bir məsələ haqda danışmaq istəyirəm.

* In Arabic

SAMARA YABANÇININ SƏSİNDƏ BİR QƏRİBƏLİK DUYDU. ONUN MƏSCİDƏ DAXİL OLA BİLMƏSİNDƏN EHTİYAT EDƏRƏK, O, ZƏNG EDƏN ADAMIN KİM OLDUĞUNU BİLMƏK İSTƏDİ.

“Mənim adım Sami Həmzədir”, gənc söylədi.

Əslən İordaniyadan olan 40 yaşlı Samara həyat yoldaşı və iki uşağı ilə qonşu evdə yaşayırdı. O, məscidə gələndə cins şalvar və qara pencək geymiş bir gənc oğlan gördü.

Samara o vaxt məsciddə 300-dən çox adamın iştirak etdiyi cümə namazında ibadətə rəhbərlik edirdi. Buraya toplaşanların çoxu Viskonsin universitetinin tələbələri idi. O, Həmzəni tanımırdı.

 

Samara and Hamzeh standing inside the mosque. Comic book drawing.

Onlar bir-birinin əlini sıxaraq görüşdülər. Həmzə dərhal sözə başladı.

Mən sizə bir sirri etibar edə bilərəmmi?

A closeup portrait of Samy Hamzeh speaking. Comic book drawing.

Mən sizə bir sirri etibar edə bilərəmmi?

A closeup portrait of Samy Hamzeh speaking. Comic book drawing.

“ƏLBƏTTƏ”, DEYƏ MƏN CAVAB VERDİM.

İmamın bundan xəbəri olmasa da, Həmzə Federal Təhqiqat Bürosunun (FBI) terrorizmlə bağlı təhqiqatının hədəfində idi. Onun Həmzəni dinləmək kimi etdiyi bu seçim təhqiqatın gedişatını dəyişəcək və müsəlman liderlərin ekstremist ideologiyaya qarşı mübarizədə vasitəçilik edə bilməsinə bir nümunə olacaqdı.

Amerikanın Səsinə müsahibələrində imam Samara ilk dəfə olaraq bu hadisənin bütün təfərrüatlarını bölüşüb. Müşahidə nəticəsində çıxarışlar da daxil olmaqla, məhkəmə sənədlərinin detalları ilə yanaşı, onun işi Federal Təhqiqat Bürosunun təhqiqatının daxili incəlikləri ilə tanış olmaq imkanı verir.

Samaranın sözlərinə görə, söhbət davam etdikdə Həmzə qəzəbli şəkildə nitq söyləməyə başladı.

“Müsəlmanlar hər yerdə əzilir, hər yerdə-Birmada, Fələstində, Afrikada öldürülür”, Həmzə imama deyirdi. O daha sonra qəzəbini sui-qəsd nəzəriyyəçilərinin sevimli mövzusuna çevrilmiş qardaşlıq qruplarının assosiasiyası olan Masonların üzərinə tökməyə başladı.

Həmzə iddia edirdi ki, Masonlar ABŞ hökumətinə nəzarət edir.

“Onu qəzəb idarə edirdi”, Samara Amerikanın Səsinə deyib. “O, Qurandan, ya da hədisdən ayələr gətirib, onları təhrif edərək, bunun həqiqət olduğuna inanan başqaları kimi deyildi. O bu qədər uzağa getməmişdi. Hələ o səviyyədə deyildi.”

Həmzə imam Samaraya Masonların Milvokinin mərkəzində məbədi olduğunu demişdi. Samaranın Humphrey Scottish Rite Mason Mərkəzi adlanan məbəddən xəbəri yox idi, amma o, Masonların İslamı məhv etmək və müsəlmanları öldürmək üçün İslam Dövləti ekstremist qrupunu yaratdığı kimi biabırçı iddialarla tanış idi.

Söhbət bundan sonra fərqli bir səmtə yönəldi.

MƏN VƏ DAHA İKİ NƏFƏR SİLAH ALMAĞI, ORAYA GETMƏYİ VƏ İNSANLARA MƏBƏDDƏ ATƏŞ AÇMAĞI PLANLAŞDIRIRIQ.

Söhbət bundan sonra fərqli bir səmtə yönəldi.

Hamzeh and Samara talking in the mosque. Comic book drawing.

MƏN VƏ DAHA İKİ NƏFƏR SİLAH ALMAĞI, ORAYA GETMƏYİ VƏ İNSANLARA MƏBƏDDƏ ATƏŞ AÇMAĞI PLANLAŞDIRIRIQ.

Samaranı şok və qorxu hissi bürüdü.

Samaranı şok və qorxu hissi bürüdü.

Closeup of Samara's eyes opened wide in shock. Comic book drawing.

Onun qarşısında ölümcül zorakılığı fikrindən keçirən bir insan dururdu.

Onun qarşısında ölümcül zorakılığı fikrindən keçirən bir insan dururdu.

BUNDAN SONRA HƏMZƏ SAMARAYA BİRBAŞA SUAL VERDİ.

“Mənim görmək istədiyim iş doğrudurmu?”

Samara gəncin fikrini dəyişə bilmək üçün ən yaxşı arqument tapmağa çalışırdı.

“Hər şeydən əvvəl, biz bu ölkəyə gələndə, biz dinc yaşamaq, qanunlara riayət etmək və bu ölkənin qurumlarına hörmət etmək kimi bir əhdlə gəlmişik”, Samara sözə başladı.

Həmzə bir söz demirdi.

“İkincisi, sən günahsız insanları öldürürsən və bu da İslamın təlimlərinin əleyhinədir. Biz bu insanların bütün bu qətliamlarla və müsəlmanların başına gələn pis işlərlə hər hansı bir əlaqəsi olduğuna əmin deyilik”, Samara sözünə davam edərək bildirdi.

“Və üçüncüsü, bundan sonra sənin özünə nə olacaq? Səni vurub öldürəcəklər, ya da həbsə atacaqlar…Sənin istədiyin budurmu?” , Samara soruşdu.

Həmzə sakitcə qulaq asırdı. Samaranın dediyinə görə, “o mübahisə etmirdi”.

Söhbət 20 dəqiqə davam etdi.

Həmzə gedəndə o, fikrini dəyişən bir adama oxşamırdı. İmam onu yola salmazdan əvvəl məscidin daha yüksək səviyyəli rəhbərləri ilə görüşməyi təklif etdi. Lakin Həmzənin buna marağı yox idi.

 

 

O gedəndən sonra Samara panikaya düşdü. Həmzə qətliam törətmək ərəfəsində idimi? Yoxsa, o, fikirləri qarışmış bir gənc idi?

“Mən bilmirdim nə edim”, o deyib.

Samara dərhal işlədiyi məscidə nəzarət edən Milvoki İslam Cəmiyyətinin rəhbərliyini xəbərdar etdi. Onlar növbəti gün Həmzə ilə görüşmək və bundan sonra FBI-ı xəbərdar etmək haqda qərar verdilər.

Amma bunun heç birini etmədilər.

A photo of Samy Hamzeh from his Facebook page.

Samy Hamzeh on his personal Facebook page before his arrest.

HAZIRDA 25 YAŞI OLAN SAMİ HƏMZƏ FƏLƏSTİNLİ MÜHACİRLƏRİN OĞLUDUR. O, NYU CERSİDƏ ANADAN OLUB, LAKİN ONUN ÜÇ YAŞI OLANDA AİLƏ İORDANİYAYA, VALİDEYNLƏRİNİN EVİNƏ KÖÇÜB. 2011-Cİ İLDƏ O ZAMAN 19 YAŞLI HƏMZƏ BİRLƏŞMİŞ ŞTATLARA QAYIDIB. O,1960-CI İLLƏRDƏN FƏLƏSTİNLİ İCMANIN KOMPAKT ŞƏKİLDƏ MƏSKUNLAŞDIĞI MİLVOKI ŞƏHƏRINDƏ YERLƏŞİB, ONUN VALIDEYNLƏRİ VƏ KİÇİK BACILARI İKİ İL SONRA AMERİKAYA GƏLİB.

Onlar birlikdə bir mənzildə yaşayırdı və ailənin əsas yükü Həmzənin üzərinə düşürdü. O, icma kollecində oxuduğu zaman yük maşını və avtobus sürücüsü, idman məşqçisi, xidmətçi kimi müxtəlif işlərdə çalışmalı olub. O heç vaxt məhkum olmayıb və dindar da olmayıb. Müdafiə sənədlərində onun həşişdən istifadə etdiyi göstərilir. Sənədlərə görə, Həmzə aldığı maaşı atasına verirdi və bundan ona çox az hissə düşürdü.

Həmzə FBI-ın radarına 2015-ci ildə sentyabrın 6-da dostunun onunla bağlı agentliyin Milvoki ofisinə müraciət etdiyi zaman düşüb.

Məhkəmə sənədlərinə əsasən, dostu agentlərə bildirib ki, Həmzə “terrorçular üçün təlim məqsədilə Misirə getmək, İŞİD-in adı ilə terror hücumu keçirmək üçün kommersiya sürücülük vəsiqəsi almaq haqda danışıb və 45 kalibrli pistolet əldə etdiyini deyib”.

Bir nəfərin cihadçı ola biləcəyinin mümkünlüyünə inanaraq, agentlər təhqiqata başladılar. Onlar Həmzənin dostundan onunla söhbətlərini yazmasını istədilər.

Məhkəmə sənədlərində adı “Stiv” (Steve) kimi göstərilən dost bir həftədən sonra Həmzənin “mənasız işlər görmək haqda fikrini dəyişdiyi” haqda məlumat verdi. Lakin FBI bir neçə gündən sonra işə “Mayk” (Mike) adlı daha təcrübəli informantı cəlb etdi.

Milvokinin müsəlman icmasına əsasən, Mayk və Stivin hər ikisi fələstin mənşəli amerikalılardır. Müdafiə sənədlərində Stivin iş icazəsi olmadığı göstərilir. FBI informantları maliyyə kompensasiyası ilə təmin edir. Konqresə təqdim edilən büdcəyə əsasən, agentlik ödənişli və ödənişsiz 15 min nəfərdən ibarət informant siyahısına malikdir.

Müdafiə sənədlərində Mayk onlar arasında daha qətiyyətli kimi təsvir edilir. Sənədlərə əsasən, Mayk Həmzənin ofisiant işlədiyi restoranda işə düzələrək, onunla söhbəti “ekstremizm və silahlar” mövzusuna yönəltməyə çalışmalı idi.

Bir neçə gündən sonra isə o, Həmzəyə və Stivə pistoletini göstərib və onları nişangaha dəvət edib.

Yazılan danışıqlara əsasən, Həmzə oktyabr, noyabr və dekabr aylarında Stiv və Mayka elə şeylər söyləyib ki, həttta onun müdafiəsini təmin edən qrup da bunu “həyəcan doğuran” adlandırıb.

Həmzə “silah alıb, mülki vətəndaşlara və hərbi personala atəş açmaq” üçün Fələstinə getmək haqda danışıb. O, Həmas terrorçu qrupuna qoşulmaq və “öz sədaqətini nümayiş etdirmək üçün intiharçı gödəkçəsi geyməyə” söz verib. O, İsraildə şəhid missiyasını yerinə yetirmək, “avtomat silah alıb və əsgərlər və mülki vətəndaşlara atəş açmağı” planlaşdırırdı.

Həmzə azı üç dəfə Stiv və Mayka silah almaq istədiyini deyib.

Onun vəkillərinin bildirdiyinə görə, bütün bunlar özünü öyməkdən başqa bir şey deyildi. Vəkillər onun zəmanətə buraxılması üçün yazdıqları müraciətdə bildirib ki, Həmzə “öz dostlarına özünü göstərmək və onları əyləndirmək üçün belə şeylər uydururdu”.

2016-CI İLİN YANVAR AYININ ORTALARINDA HADİSƏLƏRİN GEDİŞATI DƏYİŞDİ.

Mayk FBI-ı Həmzənin “Milvokidə Mason mərkəzinə hücum” haqda danışdığı haqda məlumatlandırdı. Maykın verdiyi məlumata görə, Həmzə, Stiv və adının açıqlanmadığı başqa bir şəxs mobil telefonlarından Masonlar haqda videolara baxıblar.

Həmzənin vəkili deyib ki, bu videoları Həmzəyə göstərən, işi təşkil edib, Həmzəni buna cəlb edən MaykIN özü olub. Lakin prokurorlar Həmzənin “atışmanı diqqətlə planlaşdırdığını və hücumu keçirmək üçün insanları cəlb etdiyini” irəli sürüb.

Prokurorların bildirdiyinə görə, Həmzə yanvarın 19-da Mayk və Stivlə əl silahından atəş açmaq üçün məşq etmək məqsədilə yerli nişangaha gedib.

Inside the masonic temple's large meeting hall. Comic book drawing.

Onlar məbədin quruluşu ilə tanış olub və orada hər gün keçirilən toplantıda neçə adamın iştirak etdiyini öyrəniblər.

Onlar səhər saatlarında avtomat silah və hücum haqda danışıblar. Həmzənin bu sözləri dediyi yazıya alınıb.

30 NƏFƏR ƏLADIR. ƏGƏR MƏN 30 NƏFƏRİ ÖLDÜRƏ BİLSƏM, MƏN 100 FAİZ XOŞBƏXT OLACAM.

Hamzeh speaking. Comic book drawing.

LAKİN SAMARA İLƏ SÖHBƏTDƏN BEŞ GÜN SONRA HƏMZƏDƏ BİR DƏYİŞİKLİK BAŞ VERDİ.

Həmin gün axşam o bu işdən çıxdığını demək üçün Stivin yanına gəldi. İmamın sözlərini təkrar edərək, o, dostlarını da eyni işi görməyə çağırdı.

İzləmə sənədlərinə əsasən, Həmzənin “mən sizə deyirdim ki, bu əməliyyat haram hesab olunacaq” söylədiyi yazıya alınıb. “Şeyx mənə dedi ki, bu plan qadağan olunmalıdır, çünki insanlar inanmayacaqlar və onlar müsəlmanları qırmağa və öldürməyə davam edəcəklər və bütün bunlar sizin etdiklərinizə görə baş verəcək və bu, sizin günahınız olacaq.”

Stiv və Mayk bunu rədd edəndə, Həmzə daha da həyəcanlanıb və onlara deyib ki, “dini başa düşən bir nəfərə qulaq asın.”

“Mənim nə etməyimi istəyirsiniz? Lənət olsun dininizə, gedin şeyxlə danışın”, Həmzə onların üstünə qışqırıb.

Daha bir nəfərin fikrini öyrənmək üçün Həmzə İordaniyada imam olan əmisiə zəng edib. Əmisi ona Samaranın dediklərini təsdiq ediB: Planlaşdırılmış əməliyyat haram hesab olunacaq.

MƏBƏD ƏMƏLİYYATI SAMARANIN 11 SAATLIQ XƏBƏRDARLIĞINDAN SONRA BAŞ TUTMADI.

Amma Həmzənin silahlara olan çoxdankı həvəsi keçməmişdi və Stivlə Mayk bunu bilirdi.

Stiv Maykın tanışlarından biri vasitəsilə “silah ala biləcəyini” dedikdə, Həmzə buna razı olmuşdu.

Wide shot of downtown Milwaukee. Comic book drawing.

Həmzə Maykın tapdığı iki silah satıcısı ilə görüşməyə razılıq verdi. Yanvarın 25-də, Samara ilə görüşdükdən bir gün sonra Həmzə və Stiv hotelə gəldi.

Silah satıcıları əslində FBI-ın gizli agentləri idi.

Silah satıcıları əslində FBI-ın gizli agentləri idi.

FBI agents meeting with Hamzeh and Steve for a gun deal. Comic book drawing.

Agentlər Həmzəyə tüfəng göstərdilər.

Lakin Həmzə onlara dedi ki, o, daha kiçik silah istəyir.

Onlar MP-5 tipli iki avtomat silah gətirdilər, onlardan biri səsboğucu ilə təchiz olunmuşdu.

AGENTLƏR HƏR İKİ SİLAH ÜÇÜN MİN DOLLAR İSTƏYİRDİ. LAKIN BU, HƏMZƏ VƏ STİVDƏ OLAN PULDAN ÇOX İDİ, BUNA GÖRƏ DƏ AGENTLƏR QİYMƏTİ 570 DOLLARA SALDI. HƏMZƏNİN CƏMİ 200 DOLLARI OLDUĞU ÜÇÜN O, PULUN QALAN HİSSƏSİNİ STİVDƏN BORC ALDI.

FBI agentləri Həmzəyə silahları maşına aparmaq üçün yaşıl çanta verdilər. Silahları maşına qoyan zaman Həmzə saxlanıldı.

Həmzə həbs edilmişdi.

Samy Hamzeh's arrest mugshot

Hamzeh is being held in Kenosha County Detention Center. (Photo courtesy of Waukesha County Sheriff's Department)

XƏBƏRLƏR HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ İŞ HAQDA TƏRİFLƏRLƏ DOLU İDİ.

“Terror şübhəlisi” Həmzə xəbərlərin əsas mövzusu idi. Milvokinin İslam Cəmiyyəti isə hüquq-mühafizə orqanlarının “icmanı qoruduğunu” bildirİRdi.

Samaranın rolu qeyd olunmurdu.

Məhkəmə sənədlərində vəkillər Həmzənin “mənəvi böhran”la qarşılaşdığını və “Mayk və Stivin yaratdığı “qəfəsdən” çıxmaq üçün mənəvi məsləhət axtardığını deyirdi.

Prokurorlar isə bildirirdi ki, Samaranın müdaxiləsinin təsiri olsa da, Həmzənin geri çəkilməsinin əsas səbəbi bu deyildi. Onların bildirdiyinə görə, Həmzə plan haqda söhbətin sızdığından və həbs oluna biləcəyindən qorxurdu.

“Müttəhimə iki imamın kütləvi qətliamın səhv olduğunu deməsi lazımdırsa, bu onu göstərir ki, o təhlükəlidir”, ABŞ prokuroru Qreq Haanstad iyul ayında zəmanətlə bağlı dinləmələr zamanı deyib.

Həmzə qeydiyyatdan keçməyən silah aldığına görə üç maddə ilə qarşılaşır. Bu maddələrin hər birinə görə 10 ilə qədər həbs cəzası verilə ilər. O, Milvokidən cənubda Kenoşa dairəsinin saxlanma mərkəzində saxlanılır.

FBI bildirir ki, belə gizli əməliyyatlar hücumların qarşısının alınmasına və insanların həyatlarının xilas olunmasına xidmət edir. Lakin vətəndaş azadlıqları qrupları deyir ki, bəzi təhqiqatlar tələyə bənzəyir, belə ki, şübhəli şəxslər etməyəcəkləri cinayətləri törətməyə yönləndirilir.

Onlayn The Intercept xəbər saytının məlumat bazasına əsasən, 11 sentyabr hadisələrindən sonra terrorizmə əlaqədar FBI-ın informantlara əsaslandığı 800-dən çox məhkəmə işi olub.

Həmzənin vəkilləri müdafiəni “tələyə salmaq” işi əsasında qurmaq istəyir. Lakin indiyə qədər terrorizmlə əlaqədar bu işlər müvəffəq nəticələnməyib.

Pokurorlar və vəkillər Həmzənin 2018-ci il fevralın 12-ə təyin olunmuş məhkəməsindən əvvəl Amerikanın Səsinə şərh verməkdən imtina edib.

A portrait of Samara in the mosque.

Samara has been asked to testify at Hamzeh’s trial in February.

SAMARANIN ÖZÜ BƏZƏN MƏSLƏHƏTİNİN XEYRİ OLMADIĞINI DÜŞÜNÜR.

Lakin Amerikanın Səsi Samara ilə görüşüb, məhkəmə sənədlərini onunla bölüşəndən sonra o, dəyişiklik edə bildiyinə inandığını deyib.

“Mən onun fikrini dəyişə bildiyim üçün özümü xoşbəxt hiss edirəm”, Samara bildirib. İmam Samara hələ də Milvoki məscidinin yaxınlığında yaşayır. Amma hazırda o, İllinoys Veslian universitetində kompyuter elmləri üzrə professorun assistenti işləyir.

Samaranın sözlərinə görə, Həmzə “fikirləri qarışıq” bir gənc olub.

“Mənə elə gəlir ki, onunla danışmaq üçün kifayət qədər vaxt ayırsaydıq, hadisələr başqa istiqamətdə inkişaf edərdi”, o bildirib.

Həmzənin vəkilləri məhkəmədə ifadə etmək üçün Samara ilə əlaqə saxlayıblar.

“Mən həqiqəti söyləyəcəm. Ümid edirəm ki, bunun ona köməyi olacaq”, Samara deyir.