Cihada Eniş

Gənc türkün astronomdan İŞİD döyüşçüsünə çevrilməsi

Rəşid Tuğral gecə səmasının valehedici fotolarını çəkməklə özünə sosial mediada çoxlu həvəskar qazandırmışdı. Bir dəfə o, National Geographic vebsaytında bərq vuran Süd Yolu qalaktikasının fonunda ardıc kolunun şəklini paylaşmışdı. Finlaniyada astrofizika sahəsində prestijli magistratura proqramına daxil olan Tuğral ağıllı, yaraşıqlı və şən bir gənc idi. Onu qarşıda səmalara bağlı parlaq bir karyera gözləyirdi.

Lakin Tuğral həyatdan daha çox şey istəyirdi. Mühafizəkar ailədə böyümüş dindar müsəlman olaraq o, universitetdə oxuyarkən cihadçı vebsaytlara cəlb olmağa başladı. Tuğral İslamın radikal yozumları ilə bağlı oxuduqlarını ciddi qəbul edirdi.2015-ci ilin əvvəlində ailəsini və rahat həyatını arxada qoyan Tuğral Suriyaya yollanaraq İslam Dövlətinə (İŞİD) qoşuldu.

Avqustun sonunda İŞİD sıralarında döyüşən Tuğral kürd döyüşçüləri ilə savaşda həlak oldu. Həmin vaxt onun 27 yaşı var idi.

Minlərlə gənc müsəlman İŞİD-in ideologiyası və təbliğatının tilsiminə düşərək terroristlərlə bir sırada döyüşmək üçün iraq və Suriyada təsis olunuş qondarma xilafətə üz tutublar. Tuğral kimi çoxları imtiyaz və potensial dolu həyata "yox" deyirlər. Lakin onun hekayəsi unikaldır, çünki, o, ötən 10 ildə şəxsi həyat yolunu sənədləşdirən yazılar və fotolar qoyub gedib.

Yuxarıda: Tuğral TÜBİTAK Milli Rəsədxanası yaxınlığında çəkdiyi Süd Yolu və qürub edən Ayın fotosunu paylaşıb. Antalya, Türkiyə. 7 oktyabr, 2014.

Yuxarıda: Tuğral TÜBİTAK Milli Rəsədxanası yaxınlığında çəkdiyi Süd Yolu və qürub edən Ayın fotosunu paylaşıb. Antalya, Türkiyə. 7 oktyabr, 2014.

Bu illər Tuğralın həyat portretini cızır. Oynağan pişiklərdən tutmuş səma cismlərinədək, kosmosdan tutmuş dinədək və inancı olmayanlara qarşı çıxışlaradək bu portretin özünəməxsus cizgiləri var. Ötən il yazdığı detallı məktubda o, İŞİD-dəki gündəlik həyatını incələyir: Buradakı darıxdırıcdı anları, ağır məşqləri və hava zərbələrindən necə yayındıqlarını təsvir edir. O, ibrətamiz tonla İŞİD-in varvar praktikalarına, o cümlədən baş kəsmələrinə, qadınları qula çevirməklərinə haqq qazandırır.

"Cihadda savaşmamış kimsə ölürsə, o, bu dünyadan münafiq (ikiüzlü) olaraq köçür," Tuğral Facebook səhifəsində yazıb. Məhəmməd Əbdülfazil kimi din alimləri militant ekstremislərin İslam dinini və cihadın anlamını təhrif etdiklərini yazır. Əbdülfazil hesab edir ki, din terrorizmi, və mülki vətəndaşlara hücumları pisləyir.

Tuğralı nə radikallaşdırdı və onu ölümə nə apardı? Amerikanın Səsinin jurnalistlərindən ibarət komanda Tuğralın sosial mediada yazıdlqarını təhlil edərkən bu suallara cavab tapmağa çalışıb. Yazıdlqarından əlavə jurnalistlər Tuğralın dost-tanışları, hətta qısa müddətə atası ilə təmas quraraq onun haqda məlumat əldə etməyə çalışıblar.

Cihad Tuğralın başladığı yol deyildi - ən azı onun təbii yumor hissi, həyata marağı və intellekti bunu proqnozlaşdırmırdı. Onun həyatı və ölümü bir nəsil gənc müsəlmanın toruna düşdüyü İŞİD ideologiyasının saxta şöhrətinin faciəvi mahiyyətini əks etdirir.

Mühafizəkar ailənin övladı

Üçuşaqlı ailənin ikincisi olan Tuğral Ankaranın Sincan bölgəsində din və təhsilə diqqət yetirən bir ailədə böyüyüb. Onun atası Türkiyə ədəbiyyatı üzrə elmlər namizədi və orta məktəb müəllimidir. Tuğralın softveyr mühəndisi olan böyük qardaşı həm də bəstəkardır. Kişik bacısı isə hələ məktəbdə oxuyur. Və nəhayət əmisi riyaziyyat üzrə professordur.

Patriarx Süleyman Tuğral 2009-2014-cü illər arası İslam haqda bloq yazır, öz mühafizəkar perspektivlərindən bəhs edirdi. O, doktorluq dissertasiyasını “Quranın dəyərlər sistemi” əsasında yazıb. Elmi işində Tuğral cihadçılara dəstək nümayiş etdirmiş, Allah və peyğəmbərə inanmayan yəhudi və xristianları lənətləmişdi.

O və xanımı yuxarı sinif şagirdi olan Rəşidi özəl dini dəsrlərə yazdırmışdı.

Yuxarıda: Tuğral TÜBİTAK Milli Rəsədxanasından çəkdiyi Süd Yolu və qürub edən Ayın fotosunu paylaşıb. Antalya, Türkiyə. 14 oktyabr, 2014.TÜBİTAK Milli Rəsədxanasında təşkil edilən Ulduz Festivalında səmanın görüntsü. 12 oktyabr, 2014. Antalya, Türkiyə.

Yuxarıda: Tuğral TÜBİTAK Milli Rəsədxanasından çəkdiyi Süd Yolu və qürub edən Ayın fotosunu paylaşıb. Antalya, Türkiyə. 14 oktyabr, 2014.

TÜBİTAK Milli Rəsədxanasında təşkil edilən Ulduz Festivalında səmanın görüntsü. 12 oktyabr, 2014. Antalya, Türkiyə.

İpə-sapa yatmayan "dahi"

2007-ci ildə Tuğral Türkiyənin Harvardı kimi tanınan Yaxın Şərqin Texniki Univesitetinə daxil oldu. Yazıları və sosial mediadakı statuslarının həqiqiliyini təqdiq edən sabiq kurs yoldaşı Nihat Çeliyin dediyinə görə, dünyəvi ortamda o, həyatının tam əksi olan bir şəraitlə üzləşirdi.
“O, gün ərzində universitetdə, axşamları isə mühafizəkar və dindar ailəsi ilə birgə olurdu. Bu iki tam fərqli dünyaları bir araya gətirmək mümükün deyil,” deyə Çelik bildirir.

Tuğral bu fotoda sıldırım yoxuşu nəzərdən keçirir. Antalya, Türkiyə.

Tuğral bu fotoda sıldırım yoxuşu nəzərdən keçirir. Antalya, Türkiyə.

Universitetdə Tuğral avstronomiya və fotoqrafçılığa, bəzən də mənasız antik əşyalara marağı ilə tanınırdı.
Adının açıqlanması istəməyən professorlardan biri onu “dahi” adlandırıır. Professorun dediyinə görə, Tuğral həmişə maraqlı suallar verərdi. Lakin bir tələbə kimi ona "yaxşı" demək olmazdı. Onda nizam-intizam və davamsızlıq problemləri vardı.

Tuğral universitetin astronomoya klubuna üzv oldu. Klubun lideri İtku Boratacla bərabər onlar kempinqlərdə gecə samasını araşdırırdı. Boratac Amerikanın Səsinə bildirib ki, onlar Milli Rəsədxananın ictimaiyyət üçün illik ulduz sayrışması tədbirinin təşkilinə yardım edib.

Tuğral 2010-cu ildə avstronomiya ilə bağlı foto-şəkillərini National Geographic jurnalının üzv səhifəsində dərc edib. 2012-ci ildə isə NASA-nın Hubble fəza teleskopunun şəkilləri ilə foto-müsabiqəsinə qatıldı. Sosial mediada Nükler Kedi – yəni “Nüvə Pişiyi” ləqəbi ilə sevdiyi şəkilləri dərc etməyə başladı.

Bu şəkli Facebookda paylaşan Tuğral "oxuyan yerdə mürgülədiyini" yazır.  8 oktyabr, 2014.

Bu şəkli Facebookda paylaşan Tuğral "oxuyan yerdə mürgülədiyini" yazır. 8 oktyabr, 2014.

"Divanə" nonkonformist

Tuğralla yaxın olduğunun düşünülməməsi üçün adının gizli saxlanmasını istəyən kurs yoldaşlarından biri əyləncə və qəribliyi ilə Tuğralın lətifələr söylədiyini və hər şeyi ələ saldığını deyir. Bəzən köynəksiz, yalnız şortla görünərmiş.

Tuğral üzgüçülük, velosiped sürmək və səyyahlıqla məşğul olurdu. Kurs yoldaşları onun bir dəfə Ankaradan Konyaya 262 kilometrlik məsafəni velosipedlə getdiyini yada salır.

“Tanıdığım adamların çoxu məni dəli zənn edir. Lakin onlar mənim kimi olmağa çalışır. Çünki adətən istədiyim hər şeyi edirəm. Mənim velosiped sürməyim bunlardan biridir,” deyə Tuğral Couchsurfing veb səhifəsində yazıb.

“Mən gülməyi və güldürməyi sevirəm (baxmayaraq ki, bəzən də ağlayıram). Ətrafımda olanlar çox vaxt darıxmır.”

Radikalizmə doğru

Universitet illərində Tuğral dindar müsəlman kimi tanınsa da, dinə, ibadətə marağı olmayanlarla asanlıqla ünsiyyət tapırdı.

“Bir dəfə spirtli içki içirdik. Tuğral bizimlə icmədi. Amma içmədiyinə görə özünü ələ saldı,” deyə ekstremistlərin hədəfinə çevrilməsindən ehtiyat edərək adını bildirməyən kurs yoldaşı xatırlayır.
2013-cü ildə o, hökumət əleyhinə nümayişlərdə iştirak etdi. Baratacın dediyinə görə, Tuğral ətrafdakıları anlamaq üçün öz etiqadına nəzər salıb, onu dərk etməyə çalışırdı.

O, tədricən universitet yoldaşlarından uzaqlaşır, saqqal saxlayırdı. Saçlarını kəsdirmir, İŞİD-in qaydalarına əməl etməyə başlayırdı. Bir dəfə o Facebook hesabında hiddətlə yazmışdı: "Kommunistlər sən qardaşlarını alınlarına toxunmaqla salamladıqda baxıb gülürlər."

Yuxarıda: İbadətçilər Yaxın Şərq Texniki Universitetinin məscidində axşam namazından sonra şam yeməyini gözləyirlər. 22 fevral, 2015. (Foto: Yaxın Şərq Texniki Universitetinin Məscidi)Yuxarıda: Tuğral TÜBİTAK Milli Rəsədxanasının gümbəzini fotoya alır.  Antalya, Türkiyə. 26 oktyabr, 2014.


Yuxarıda: İbadətçilər Yaxın Şərq Texniki Universitetinin məscidində axşam namazından sonra şam yeməyini gözləyirlər. 22 fevral, 2015. (Foto: Yaxın Şərq Texniki Universitetinin Məscidi)

Yuxarıda: Tuğral TÜBİTAK Milli Rəsədxanasının gümbəzini fotoya alır. Antalya, Türkiyə. 26 oktyabr, 2014.

O, vaxtının çoxunu universitetinin məscidində keçirər, Quran ayələrini sözbəsöz aydınlaşdırmağa saatlarla vaxt sərf edərdi. Boratacın dediyinə görə, bir dəfə o, Facebookda Quranın müzakirəsi ilə bağlı status qoydu, lakin Tuğraldan cavab almadı.

Tuğralın astronomiya klubundan daha bir yoldaşı Çelik Amerikanın Səsinə onun bəzən günlərlə, hətta həftələrlə vaxtını Quranın araşdırlmasına sərf etdiyini deyir. O, yoldaşının radikallaşmasını məsciddə hədsiz dərəcədə vaxt keçirməsi ilə izah edir.

“2014-cü ilin yazında bir nəfər Suriya və ya İraqa getdi və biz indiyədək də onun başına nə gəldiyindən xəbərsizik,” deyə Çelik bildirib.

2015-ci ildə universitet məscidinin araşdrma qrupundan bir nəfərin cihadçıların sırasına qoşulduğuna dair məlumat və Tuğralın onların arasında videosu yayılır. Məlumatda deyilir ki, Tuğral sərhədləri Türkiyə hökumətinin diqqətini xarici döyüşçülərə yönəltdiyi vaxt keçməyə nail olur.

Tələbə yoldaşı, hazırda Yaxın Şərqin Texniki Univesitetinin fizika kafedrasında assitent tədiqiqatçı kimi çalışan Ufuk Tastan Türkiyənin “Bir gün” gündəlik qəzetinə bildirib ki, Tuğral bəzən natiqlik qabiliyyətinə görə, məsciddə dua mərasimlərinə rəhbərlik edirdi.

Tuğral tezliklə cihadçılara dəstək nümayiş etdirməyə başladı. Facebook səhifəsində Rusiya, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri və Suriya tərəfindən mülki əhalinin tələfatına görə kədərini bildirdi. O, həm də Türkiyə hökuməti və ictimaiyyətini qınayırdı.

“Zaman-zaman o, hökuməti korrupsiya və rüşvətxorluqda görə tənqid edirdi. Prezident Rəcəb Tayyib Ərdoğanı İslamdan başqa yolla istifadə etməkdə günahlandırırdı,” deyə Çelik bildirib.

Finlandiyada təhsil

Tuğral YŞTU-ni 2014-cü ilin baharında bitirdi. Həmin ilin payızında o, Finlandiyada Jyväskylä Universitetinin fizika üzrə magistr proqramına daxil oldu. İqlim və coğrafiyada dramatik dəyişiklik onda müsbət təəssürat buraxmışdı. “İndiki kampusum əvvəlkindən xeyli yaxşıdır,” o, Facebookda yazmışdı.

Tuğral Skandinaviya ölkəsinin rəngarəng payızına valeh olduğunu yazır, burada pişklərin, dələlərin və başqa heyvanların şəkillərini paylaşırdı.

Tuğral Finlandiyanın Kolari bələdiyyəsində mənzərəli  Äkäslompolo kəndində foto çəkir. Sosial mediada Tuğral Finlandiya milli parkı  Ylläsda şimal işıqlarını - avroranı fotoya alır. Foto Facebookda 27 dekabr, 2014-də paylaşılıb.


Tuğral Finlandiyanın Kolari bələdiyyəsində mənzərəli Äkäslompolo kəndində foto çəkir. Sosial mediada 

Tuğral Finlandiya milli parkı Ylläsda şimal işıqlarını - avroranı fotoya alır. Foto Facebookda 27 dekabr, 2014-də paylaşılıb.

Tuğral getdikcə təhsilə marağını itirir, vaxtını Finlandiyanın Jyväskylä şəhərindəki Ən-Nur məscidində keçirirdi.

“O, dərsə gəlmirdi. Vaxtının çoxunu məsciddə və ya evdə ikən internetdə keçiridi!- onun otaq qonşusu Anbu Posakkanu Bir gün qəzetinə bildirir.

Posakkanu deyir ki, Tuğral tez-tez İŞİD sıralarına qoşulmaq istəyini dilə gətirirdi.

Amerikanın Səsi Posakkanu ilə əlaqə yarada bilməyib.

Boratac Tuğralın saqqalına dair onunla zarafat etdiyini xatırlayır:

“Səni bu görməklə Finlandiyaya necə buraxıblar? Cihada qoşulursan deyə soruşmayıblar?”

Tuğral isə zarafatla cavab vermişdi: "Səni görkəminlə deyil, niyyətinlə qəbul edirlər."

Tuğral Finlandiyanın cənubundakı Äkäslompolo şəhərində.


Tuğral Finlandiyanın cənubundakı Äkäslompolo şəhərində.

Qış tətili üçün Finlandiyanı tərk etməzdən öncə Tuğral Helsinki kafedralına və Laplandiya regionunda 7 Fells Hostelə baş çəkir.

Tuğral Finlandiya Yevangelik Lüterian kilsəsi Helsinki Kafedralı qarşısında. 17 dekabr, 2014.

Qayıdış və qaçış

Tuğral Ankaradakı ailə evinə qayıtdıqdan sonra buradan cihadın dərinliklərinə doğru getmək üçün istifadə etdi. Yanvarın 10-da o, valideynlərinə gecəni YŞTU-da dostları ilə birgə keçirməyi planlaşdırdığını söylədi. Əvəzində, yüngül bel çantası ilə o, Suriyaya yola düşdü.

“Yola düşməzdən öncə mən inamımı Allaha tapşırdım,” Tuğral sonra yazacaqdı.

Yolda mini-avtobus tutaraq, ona əyləşən Tuğral birdən fotoaparatmı unutduğunu xatırladı. O, fotoaparatı hər yerə özü ilə aparardı. Səmalarn şəklini, öz ətrafını və təkamülünü sənədləşdirmək üçün. “Heç nə olmaz,” o, qərara aldı.

Suriyaya keçid

Daha sonra nə baş verdiyi uzun müddət internetdən uzaq olan Tuğralın uzun məktubunda açıqlanıb.
Onun 2015-ci ilin mart ayının 25-də Facebook-da “Xəlifət torpaqlarında qarşılanma” başlıqlı yazı paylaşıb. Türkiyənin sərhəd Şanlıurfa şəhərində o, İŞİD-ə qoşulmaq istəyən Tunis, Liviya və Səudiyyə Ərəbistanından olan insanlarla qarşılaşıb. Onlar birlikdə qeyri-qanuni yolla Suriya ərazisinə keçib.

“Biz uzun yolu qaçmalı olduq. Ağır çemodan götürməməyim ağıllı fikir idi,” deyə Tuğral yazıb.

Uzunsaqqallı kişi onları yük maşınına mindirib, İŞİD-in bayrağı altında Təl Əbyad şəhərinə apardı. Onlar şam işığında bir evə gətirildi. Pasportları, electron cihazları və onlara məxsus bütün əşyaları müsadirə edilib. Tuğral ailəsinə email yazmaq üçün telefonunun bir neçə dəqiqiəlik onda qalmasını xahiş edib.

“Bağlantı zəif olduğu üçün internetə çıxış olduqca çətindir,” o yazıb. Tuğral bildirib ki, mesajları göndərdikdən sonra telefonu əlindən alınacaq. “Mən haradayam?" Sualı mənim özümü də çox maraqlandırır.”

İŞİD yeni gələnlərə ləqəblər verir. "Mənim adım əlbəttə ki, Əbu Hurayra, ərəbcə ata pişikdir," Tuğral yazır.

Tuğral İŞİD-in özünə paytaxt elan etdiyi Raqqada qum tufanı zamanı üzünü örtür. 6 dekabr, 2015.

Tuğral İŞİD-in özünə paytaxt elan etdiyi Raqqada qum tufanı zamanı üzünü örtür. 6 dekabr, 2015.

Qardaşlıq və Darıxmaq

Bir neçə gün sonra Tuğral başqa bir evə köçürüldü. Evin divarları güllə dəlikləri ilə dolu idi. Burada təqribən 20 adam qalırdı. Tuğral buradakı adamların müxtəlifliyindən və onların İŞİD-ə sədaqətindən yazır. Biri Almaniyada peşəkar kikbokser, digəri isə Banqladeşli mexaniki mühəndis idi. Başqa birisi Fransadan gəlmişdi. Biri Çindən bura gəlmək üçün $15,000 xərcləmişdi.

Bir neçə gün sonra Tuğral və 8 başqası Raqqaya gedən mini-avtobusa əyləşdilər. “Cənnətdə görüşərik,” deyə onlar ev yoldaşları ilə vidalaşdılar.

Tugral shows off in a diving video he shared on Facebook.

Tuğral şəriət dərsləri və hərbi təlim almazdan öncə Raqqanı gəzməyə başladı. “Şəhər iri və izdihamlı idi. İnsanlar baş kəsmədən normal həyatlarına davam edirdilər.” o, məktubunda müşahidə edir. “İŞİD-in ən gözəl cəhətlərindən biri də hər yerdə siqaretə qadağa qoymasıdır.” Lakin o, motosikletlər və qızdırıcılar üzündən dizel yanacağının tüstüsünün aləmi bürüməsindən şikayət edirdi.

Tuğral Raqqada qaldığı iki həftədə müəyyən çətinliklərlə üzləşdi. Yumurtadan başqa yeməyə çox elə şey yox idi. Ancaq şəhərə yağan bombalarla müqayisədə bu, kiçik problem idi. “Hər an biz ölüm təhlükəsi ilə üzləşirik” o yazır.

Müharibəyə hazırlıq

Növbəti bir neçə ay ərzində Tuğral tez-tez bir evdən o birinə köçdü. Nəhayət Raqqadan Homsa köçən Tuğral yaşayış şəraitindən şikayət edirdi. “30 adam bir evdə qalırdıq,” o, məktubunda yazır.

Hətta bir ara o, mağarada qalmalı oldu, hərçənd ki, İŞİD rəhbərliyi buraya çarpayılar, paltaryuyan maşın və generator gətirmişdi. “Həmçinin çox sayda qənimət var idi” – o cümlədən BMT-nin qaçqınlar üçün payladığı ədyallar.

Tuğralın fizi təlimi mağarada yaşadığı birinci gündən başlandı. Yeni gələnlər palçıqda sürünməyi və tullanmağı məşq edirdilər. Finlandiyadan özü ilə gətrdiyi gödəkcədə palçıqla sürünməli olan Tuğral başqalarına özləri ilə kamuflyaj gətirməyi tövsiyə edirdi.

Onunla birgə mağarada qalanlar arasında Britaniyadan mülki mühəndis və oğlu var idi. “Onlar göy cismləri haqda nəsə bildirdilər və mən onlarla fikirlərimi paylaşırdım.” Tuğral yazır. Hərçənd ki, mağarada işıq var idi, çşəhərin əksər hissəri qaranlığa bürünmüşdü. İşıq çirklənməsinin olmaması səmanı aydın görməyə imkan veriridi.

“Deyə bilərəm ki, İslam Dövlətinin hər yerində səma aydın görünür.”

Səmadan qorxu

Az qala hər yerdə İŞİD döyüşçülərini hava zərbələri təqib edirdi. “Suriya prezidenti Bəşar əl-Əsədə məxsus hərbi təyyarələr bütün günü üstümüzlə uçurdular. Bir bomba o qədər yaxın idi ki, az qala bizi kar etsin. Yanımızda nəhəng dəlik açdı,” Tuğral yazır.

Tuğral mağarada yaşamaqdan bezmişdi. İŞİD-in bir çox problemləri də onu qıcıqlandırırdı – bərbad sanitariya, bərbad təşkilatçılıq və bəzi könüllülərin qaranlıq motivləri. Bir moldovan ona demişdi ki, bir çox mücahidlər buraya yaxşı pul və ev üçün gəlirlər.

Buna baxmayaraq Tuğral utopik bir gələcək görürdü.

“İŞİD-in durumu əla deyil. Bəli, bu, İslam dövlətidir və insanların təqsirləri dövlətin günahı deyil,” o yazır “...Burada hər şey kamil işləmir, təmizliyə fikir verilmir, nəqliyyat qaydalarına əməl olunmur. Lakin biz hər şeyi addım-addım düzəldəcəyik - ələlxüsus mühacirlərin köməyi ilə.”

Yuxarıda: Tuğral (solda) İŞİD döyüşçüsü ilə. Raqqa, Suriya.  9 iyul 2015.Suriya şəhəri Deir əs-Zur intensiv döyüşlərdən sonra ruhlar şəhərinə çevrilib, deyə Tuğral Facebook-da bu fotonu paylaşır. 9 avqust, 2015.


Yuxarıda: Tuğral (solda) İŞİD döyüşçüsü ilə. Raqqa, Suriya. 9 iyul 2015.

Suriya şəhəri Deir əs-Zur intensiv döyüşlərdən sonra ruhlar şəhərinə çevrilib, deyə Tuğral Facebook-da bu fotonu paylaşır. 9 avqust, 2015.

Döyüş başlanır

Mağarada azı bir ay vaxt keçirdikdən sonra o, və digər beş adam kommando kimi seçilərək İŞİD-in ön cəbhəsinə göndərildilər.

Şərait qəfildən yaxşılaşdı. Kommandolar Homsun civarındakı evə köçdülər. Hər adama yeni ədyal verildi. Və onların tacik aşpazı evdəki yeməklərə yaxın təamlar bişirirdi. Hər həftə onlar üçün qoyun kəsilir, onlara portağal və banan verilirdi. Hər gün adambaşına 3-4 snikers şokoladı paylanırdı.

İlk döyüşdə Tuğrala həkim olmaq tapşırıldı. Belə ki, onun universitdedən erkən tibbi yardım təlimi var idi. “Kiçicik də olsa, tibbi savad burada faydalı olur,” o yazır.

“İlk dəfə idi ki, mən güllə səslərini belə yaxından eşidirdim: part, part,” o yazır. Tank və artilleriya səslərini eşidən kimi, o, və döyüş yoldaşları təpələrdə gizləndilər. Bir neçə saat sürən dondurucu yağışdan və küləkdən sonra onlara geri çəkilməyə icazə verildi. Onların qaldığı səhra çadırında 2 meyit və 6 yaralı var idiş. “Hər yan qan qoxurdu,” o yazır.

Barbarizmə bəraət qazandırmaq

Bir gecəlik döyüşün ardınca Tuğral və cihadçı yoldaşları bazaya qələbə ruhu ilə qayıtdılar. Onlar iki tank, bir yük maşını və bir neçə qumbaraatan ələ keçirmişdilər. Üstəlik özləri ilə bazaya 3 kəsilmiş baş gətirirdilər.

Sonradan o, Facebook-da astronom dostu Boratacla yazışmada İŞİD-in baş kəsməklərinə haqq qazandırıdırdı.”Niyə siz günahsız adamları öldürür, başlar kəsirsiz? Bu, psixopatlıqdır,” dostu ona yazmışdı.

Tuğral cavab verdi ki, bu Suriya rejimi tərəfdarlarına layiqli cəzadır. “Onlar o qədər günahsız vətəndaş öldürüblər ki, Tuğral yazır. Daha sonra o, “öldürülənləri Amerikanın qulu olmaqda ittiham edir. Eyni tonla o, İŞİD cihadçılarının qadınları qul etməsini müdafiə edir.

O, Borataca baş kəsməyin stratetji hədəf xidmət etdiyini yazır. “Bu televiziya üçündür ki, düşmənlərimizi qorxutsun. Onlar bunu görəndə, vahiməyə düşüb qaçırlar.”

Cihad gəlini

2015-ci il aprelin birinci yarısında Tuğral Tal-Abyad şəhərində kürdlərlə döyüşdə yaralandı. Müalicə olunmaq üçün o, Raqqaya getdi.

Yaralı Tuğral şimali Suriya şəhəri Tal Abyadda müalicə alır. Foto 2015-ci il 17 apreldə paylaşılıb.

Yaralı Tuğral şimali Suriya şəhəri Tal Abyadda müalicə alır. Foto 2015-ci il 17 apreldə paylaşılıb.

Növbəti ay o, Aişə Zevra et-Türki adlı Türkiyədən olan həmyerlisi ilə evləndi. Aişə də onun kimi İŞİD tərəfdarı idi.

Facebookda Tuğral yazırdı ki, xarici döyüşçülərə evlənmək üçün 4 ay vaxt verilir. “İŞİD sənə xanımın və uçşaqların üçün ayrıca ev və maliyyə yardımı verir.”

Toydan sonra Tuğral sosial mediada yazışmaları xeyli azaltdı.

“O, dedi ki, xanımı onun Facebookda çox vaxt keçirməsindən narazı idi,” Boratac Amerikanın Səsinə bildirir. “Demək çətin idi ki, zarafat edir, yoxsa ciddidir.”

Nə qədər az da olsa Tuğralın sonrakı Facebook və Tvitter postları onun radikal cihada və dindarlığa aludəçiliyini göstərir. O, Suriya hökumətinin Rusiyanın və ABŞ-ın ərazidəki hava zərbələrinə və mülki vətəndaşlar arasında itikilərə etiraz edirdi. O, hər şeyi , hətta yeməyi də Şəriətə uyğun yeməyə səsləyirdi.

Suriyalı ərəbləri kifayət qədər dindar olamada ittiham edən Tuğral Raqqada insanların onun “Əssalamu əleyküm” ifadəsinə sadəcə “Salam, Salam!” deyə cavab verməsindən qıcıqlanırdı.

Kafirlərə cəhənnəm

Elm sevgisi ilə yaşayan köhnə Tuğral tamam yoxa çıxmamışdı. O, arabir arxivdəki astronomiya şəkillərini paylaşardı. O, geologiya, dərman şirkətlər haqda yazar, kpmoüter də məlumat üçün bazanın ulduzlar qədər sonsuz olmasını arzulayardı.

Tvitterdə o, amerikalı nəzəri fizik Riçard Feynmanın işlərini alqşlayar və daha sonra ölüm gəlməzdən öncə insanları İslamı qəbul etməyə səsləyərdi Tuğral birdəfə nobel mükafatı laueratı ABŞ fiziki valter Kohnla şəkil də çəkdirmişdi. Liakin Kohnun ölümündən sonra o, qeyri müsəlman olaraq alimin birbaşa “cəhənnəmə vasil olduğunu” yazdı.

Növbəti ay o, Aişə Zevra et-Türki adlı Türkiyədən olan həmyerlisi ilə evləndi. Aişə də onun kimi İŞİD tərəfdarı idi.


Növbəti ay o, Aişə Zevra et-Türki adlı Türkiyədən olan həmyerlisi ilə evləndi. Aişə də onun kimi İŞİD tərəfdarı idi.

Tuğrala ölüm avqustun əvvəllərində Raqqanın şimalında ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə döyüşdə gəldi. O, orada torpaq itirməkdə olan İŞİD sıralarında vuruşurdu.

Amerikanın Səsinə qısa müsahibədə cihadçının atası Tuğralın xanımının telefon zəngində ərinin ölümünü təsdiqlədiyini bildirdi. Cəsəd Suriyada dəfn olunub, deyə xanım bildirdi.

Süleyman Tuğral ailənin Ankaradakı mənzilinə baş çəkən müxbirə bildirib ki, o, Tuğralın cənazəsini geri qaytarmaq üçün Türkiyə rəsmilərinə müraciət edib. "Biz bilmirik o necə ölüb," Tuğralın atası deyir. “Biz onun ölüm məsələsini prokuror idarəsinə çatdırdıq və hələ də cavab gözləyirik.”

Daha sonra o və başqa ailə üzvləri Tuğral haqda danışmaqdan imtina etdilər.

Facebook-da Tuğral yazırdı ki, xarici döyüşçülərə evlənmək üçün 4 ay vaxt verilir. “İŞİD sənə xanımın və uçşaqların üçün ayrıca ev və maliyyə yardımı verir.”

Facebook-da Tuğral yazırdı ki, xarici döyüşçülərə evlənmək üçün 4 ay vaxt verilir. “İŞİD sənə xanımın və uçşaqların üçün ayrıca ev və maliyyə yardımı verir.”

Axirətdə görüşərik!

Tuğralın sonuncu Facebook yazısı 31 avqustda, o öldükdən bir ay sonra çıxıb.

“Əgər uzun müddət burada heç nə yazmamışamsa, bilin ki, mənim bu dünyadakı vaxtım bitib və mən axirətə yetişmişəm. Dua edin ki, Allah məni şəhid kimi qəbul etsin. Bu mesaj avtomatik cədvəlləşdirilib. Axirətdə görüşərik!”

Onun Facebook səhfəsi hələ də durur, amma Tvitter hesabı bu yaxınlarda bloklanıb. Amerikanın Səsinə yazdığı məktubda Tvitter rəhbərliyi bildirib ki, şirkət 2015-ci ilin ortalarından bəri “terror aktlarını təbliğ edən 360,000 hesabı qapadıb.”

Britaniyanın Keele Universitetinində beynəlxalq münasibətlər və siyasət üzrə türk araşdırmaçı Salih Doğan Türkiyədən “minlərlə adamın” İŞİD-ə qoşulduğunu təxmin edir. Hərçənd ki, “hamısı Suriyada baş verən vəhşiliklərdən təsirlənib, onların motivləri müxtəlifdir,” o, Amerikanın Səsinə bildirib. Bəziləri mühafizəkar ailədə boya başa çatdıqlarına görə cihad ideologiyasına meyl göstərə bilərlər. Onlar özlərini ədalətsiz olaraq hədəfə alınmış hiss edə, aşağı statusa qarşı qiyam qaldıra, yaxud qazanc dalınca gedə bilərlər.

“İnsanların bu yolla getməsini görmək çox acıdır,” Doğan deyir. “Fikrimcə burada əsas məsələ insanın daxildəki emosional boşluğudur.”

Toydan sonra  Tuğral sosial mediada yazışmaları xeyli azaltdı. 

Toydan sonra Tuğral sosial mediada yazışmaları xeyli azaltdı. 

Tuğral haqda suallar hələ də astronom dostu Boratacı rahat buraxmır.

Bir dəfə onlar gecə səmasına baxanda Boratac anlaşılmaz parıltı görəndə onun naməlum uçan obyekt olduöunu söyləmişdi. “O, mənə dedi. “Yox, səfeh... Bu peykdir.” Sonra o mənə heç vaxt araşdırmasız nəticə çıxarmamağı öyrətdi.

İndi Boratac özü dostunun nədən İŞİD-in propaqandasına, qəddarlığına uyduğunu başa düşməyə çalışır.

“O, necə bu nöqtəyə gəlib çıxdı? O, vaxtikən heç nəyi ciddiyə almayan, zarafatcıl bir adam idi. Həmin o adam baş kəsməyə bəraət qazandırmağa başladı.”

Başqa sinif yoldaşı Çelik fərz edir ki, Tuğral iki fərqli dünyanı birləşdirən körpü tapmaqda çətinlik çəkirdi. “Zənnimcə, o, öz beynində dinlə elmin arasında çaşbaş qalmışdı.”

“Fikrimcə, onun daxili dünyası çox qaranlıq idi,” Çelik deyir. “Mən hətta o, İŞİD-ə qoşulmazdan əvvəl də bunu hiss edirdim.”

Bu reportajı Amerikanln Səsinin Ekstremizm Müşahidə Bürosunun əməkdaşları Uzay Bulut, Kasim Cindemir and Rikar Hüseyn Ankaradan Yıldız Yazıçıoğlunun töhfəsi ilə hazırlayıblar. Reportajl Carol Guensburg qələmə alıb. Fotoların əksəriyyəti Rəşid Tuğralın Facebook və Tvitter postlarından götürülüb.

Tugral gazes at the Milky Way galaxy while near the TÜBİTAK National Observatory in Antalya, Turkey, Oct. 6, 2014.